...

Şuşada yanğın zamanı mina partlayışları baş verib

Hadisə Materials 26 İyul 2025 14:25 (UTC +04:00)
Şuşada yanğın zamanı mina partlayışları baş verib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.

Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti