Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,88 ABŞ dolları və ya 3,95% azalaraq 69,94 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 71,23 dollar/barel, minimum isə 69,19 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,9 ABŞ dolları və ya 4,05% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,88 dollar/barel, minimum isə 68,09 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,61 ABŞ dolları və ya 1,05% azalaraq 57,47 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,39 dollar/barel, minimum isə 56,83 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,85 dollar və ya 1,2% ucuzlaşaraq, 70,08 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 70,8 dollar/barel, minimum isə 69,56 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
21.07.2025 |
22.07.2025 |
23.07.2025 |
24.07.2025 |
25.07.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$71,23 |
69,39 |
$69,19 |
$70,41 |
$69,48 |
$69,94 |
Azeri Light FOB Ceyhan |
$69,88 |
68,09 |
$67,90 |
$69,16 |
$68,23 |
$68,65 |
Urals (EX NOVO) |
$57,57 |
56,83 |
$56,94 |
$58,39 |
$57,61 |
$57,47 |
Dated Brent |
$70,53 |
69,79 |
$69,70 |
$70,80 |
$69,56 |
$70,08 |