...

Prezidentin köməkçisi ABŞ-nin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib

Siyasət Materials 26 İyul 2025 14:07 (UTC +04:00)
Prezidentin köməkçisi ABŞ-nin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədə ABŞ-nin Zəngəzur dəhlizi layihəsində potensial iştirakı ilə bağlı şayiələri şərh edib.

Trend xəbər verir ki, o, bu sualın Ermənistan tərəfinə verilməli olduğunu vurğulayıb.

“Onlar nələri müzakirə edirlər, biz bilmirik. Əgər onlar Amerika şirkətləri ilə əməkdaşlıq edirlərsə, bu onların işidir”,- deyə Hacıyev bildirib.

“Biz öz ev işimizi görürük. Bütün qonşularımızla – Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi və təmaslarımızı genişləndiririk. Ümumi götürdükdə, belə əlaqələrin bütün region üçün faydalı olacaq. Əgər Ermənistan buna hazırdırsa, biz məmnuniyyətlə Trans-Qafqaz Nəqliyyat Dəhlizini (TND) birgə inkişaf etdirəcəyik”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti