...

Sabirabadda kanalda boğulan gəncin meyiti tapılıb

Hadisə Materials 26 İyul 2025 17:00 (UTC +04:00)
Sabirabadda kanalda boğulan gəncin meyiti tapılıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib.

Belə ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün saat 16 radələrində tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti