Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 30,7 min ton düyü idxal edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 29 milyon ABŞ dolları olub.
Düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8,5 min ton və ya 21,7%, dəyər ifadəsi ilə 12,1 milyon ABŞ dolları, yaxud da 29,4% azalıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycana 39,2 min ton miqdarında, 41,1 milyon ABŞ dolları dəyərində düyü idxal edilmişdi.
İdxal olunan düyü cari ilin ilk altı ayı üzrə idxalın 0,25%-ini təşkil edib.