Bakı. Trend:
Böyük Britaniya və Avstraliya nüvə sualtı qayıqlarının tikintisi və istismarı üzrə 50 illik ikitərəfli tərəfdaşlıq sazişi imzalayıb.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında məlumat verilib.
Sənədi Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Con Hili və avstraliyalı həmkarı Riçard Marles imzalayıblar. Komünikedə qeyd olunur ki, saziş “SSN-AUKUS sinifli sualtı qayıqların layihələndirilməsi, tikintisi, istismarı, texniki xidməti və istismardan çıxarılması sahəsində hərtərəfli əməkdaşlığı təmin edəcək”.
Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ arasında olan AUKUS üçtərəfli tərəfdaşlığına əsaslanır.
İkitərəfli sazişin əsas məqsədi müdafiə sektorundan iqtisadi inkişafın mühərriki kimi istifadə edərək onilliklər ərzində Avro-Atlantik və Hind-Sakit Okean regionlarında sabitlik və təhlükəsizliyi qorumaqdır.