...

NASA minlərlə əməkdaşını ixtisar edəcək

Dünya xəbərləri Materials 26 İyul 2025 18:24 (UTC +04:00)
NASA minlərlə əməkdaşını ixtisar edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NASA təxirə salınmış işdən azadetmə proqramı çərçivəsində bir neçə min əməkdaşını ixtisar etməyə hazırlaşır.

Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu təşəbbüs Ağ Evin federal məmurların sayının azaldılması üzrə proqramı çərçivəsində həyata keçirilir.

NASA-nın yaydığı məlumata əsasən, işdən çıxarılacaq əməkdaşların ümumi sayı 3 870 nəfərə çata bilər.

Qeyd edək ki, 2025-ci ildə NASA əməkdaşlarına hökumətin təxirə salınmış işdən azad etmə proqramında iştirak etmək üçün iki mərhələli imkan təqdim olunub.

Hər iki mərhələnin yekunlarına görə, NASA-nın mülki işçilərinin ümumi sayının təxminən 14 minə qədər azalacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti