...

Türkiyədə meşə yanğınları: xeyli sayda saxlanılanlar var

Dünya xəbərləri Materials 26 İyul 2025 15:35 (UTC +04:00)
Türkiyədə meşə yanğınları: xeyli sayda saxlanılanlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə son 2 həftə ərzində meşə yanğınlarının törədilməsi ilə bağlı 20-ə yaxın insan saxlanılıb.

Trend türk KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.

Türkiyəli nazir Bart vilayətinin Ulus rayonunda meydana gələn və 4 evin yanmasına səbəb olmuş yanğın zonasında olub.

Yanğından sonra ərazidə səlahiyyətli şəxslərdən məlumat alan Ədliyyə naziri Tunç, jurnalistlərə açıqlamasındada bildirib ki, yanğınlarla əlaqədar 17 nəfər həbs olunub:

“Yanğınların çıxma səbəbləri ilə bağlı Respublika prokurorluqlarımız tərəfindən diqqətlə aparılan istintaqlar nəticəsində 17 nəfər həbs olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti