...

"Qarabağ" – "Şelburn" matçına 11 min bilet satılıb

İdman Materials 26 İyul 2025 21:55 (UTC +04:00)
"Qarabağ" – "Şelburn" matçına 11 min bilet satılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet satılıb.

Trend xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VIP C və VIP D sektorlarına bilet alaraq VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün isə qiymət 300 manatdır.

Azarkeşlər biletləri “iTicket.az” onlayn platformasından, eləcə də satış məntəqələrindən, “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopundan və stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" – "Şelburn" oyunu iyulun 30-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İyulun 23-də İrlandiyada keçirilən ilk görüşdə “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.

Xəbər lenti

Xəbər lenti