...

ABŞ federal qaydaların sayını süni intellektlə yarıya endirməyi planlaşdırır

Dünya xəbərləri Materials 27 İyul 2025 07:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Dövlət Səmərəliliyi Departamenti (DOGE) Donald Trampın ikinci prezidentliyinin ilk ildönümünə qədər federal tənzimləmə normalarının sayını yarıya endirmək məqsədilə süni intellekt texnologiyalarından istifadə etməyi planlaşdırır.

Trend-in “Washington Post”a istinadən verdiyi məlumata görə, departament artıq qanunla tələb olunmayan və ləğv edilə bilən normativ aktları müəyyənləşdirmək üçün təxminən 200 000 federal tənzimləməni təhlil etməyə qadir olan süni intellektə əsaslanan xüsusi bir vasitə hazırlayıb.

Mənbələrin bildirdiyinə görə, bu proses nəticəsində 100 000-dək normativ aktın ləğvi nəzərdə tutulur. Layihənin əsas məqsədi “Amerikanı 20 Yanvar 2026-cı ildə yenidən başlatmaq” kimi təqdim olunur. Bu yanaşma vasitəsilə həm tənzimləmə yükünün, həm də federal büdcə xərclərinin azaldılması, eləcə də xarici investisiyaların cəlb olunması sayəsində trilyonlarla dollar qənaət ediləcəyi vurğulanır.

Təqdim edilən məlumata əsasən, süni intellekt aləti artıq iki həftə ərzində Mənzil və Şəhərsalma Nazirliyində (HUD) qaydaların 1083 bölməsi üzrə qərar vermək üçün test edilib.

Xəbər lenti

Xəbər lenti