...

Donald Tramp Kamboca və Tailand liderləri ilə müharibənin dayandırılması barədə danışıb

Dünya xəbərləri Materials 26 İyul 2025 21:20 (UTC +04:00)
Donald Tramp Kamboca və Tailand liderləri ilə müharibənin dayandırılması barədə danışıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kambocanın Baş naziri və Tailandda Baş nazirin səlahiyyətlərini icra edən şəxslə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, Tramp telefon danışığı zamanı davam edən müharibənin dərhal dayandırılmasını və atəşkəsin əldə olunmasını tələb edib.

“Biz hazırda hər iki ölkə ilə ticarət aparırıq, lakin döyüşlər davam edərsə, bu ölkələrlə heç bir sövdələşmə etmək istəmirik. Mən onlara da bunu açıq şəkildə bildirdim”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, “Tailand da Kamboca kimi dərhal atəşkəs və sülh əldə etmək niyyətindədir. İndi bu mesajı Kambocanın Baş nazirinə də çatdıracağam. Hər iki tərəflə danışdıqdan sonra atəşkəs, sülh və firavanlıq real görünür”.

Xəbər lenti

Xəbər lenti