Bakı. Trend:
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsində növbəti oyununu keçirib.
Trend xəbər verir ki, yığma sonuncu qrup görüşündə Slovakiya seçməsini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi 1/4 finala yüksəlib.
Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə qarşılaşacaq. Oyun iyulun 27-si saat 16:00-da başlayacaq.