...

Böyük Britaniya Qəzzaya humanitar yardım proqramlarında iştirak etməyi planlaşdırır

Dünya xəbərləri Materials 26 İyul 2025 23:06 (UTC +04:00)
Böyük Britaniya Qəzzaya humanitar yardım proqramlarında iştirak etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi nəzərdə tutur.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı bildirib.

Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan çatdırmaq və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək məqsədilə İordaniya kimi tərəfdaşlarla əməkdaşlıq planlarını açıqlayıb. Planın təfərrüatları isə hələ açıqlanmayıb.

Məlumata görə, üç ölkənin liderləri Qəzza və Ukraynadakı vəziyyəti müzakirə edib, həmçinin İranın nüvə proqramı məsələsinə toxunublar. Starmer, Makron və Merts İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməməsi və diplomatik danışıqlara qayıtmaması halında sanksiyaların avqustun sonunda bərpa ediləcəyinə dair razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti