Bakı. Trend:
“Neftçi” klubu Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriçi heyətinə cəlb edib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Karyerası ərzində Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr çempionatlarında çıxış edən K.Piriç vətənində (2016/17, 2017/18) iki dəfə, Sloveniya çempionatında isə (2018/19) bir dəfə çempion olub.
O, həmçinin Bosniya və Herseqovina (2016/17, 2017/18), Sloveniya (2018/19) və Yunanıstan (2023/24) liqalarında mövsümün ən yaxşı qapıçısı adına layiq görülüb.
Qeyd edək ki, Kenan Piriç Bosniya və Herseqovina millisinin heyətində 8 oyun keçirib.