...

Laçında avtomobil aşıb, üç nəfər ölüb

Cəmiyyət Materials 26 İyul 2025 21:41 (UTC +04:00)
Laçında avtomobil aşıb, üç nəfər ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Laçında 3 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qarakeçdi kəndi ərazisində baş verib.

Belə ki, Mahir Abdullayevin idarə etdiyi MERCEDES markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti