...

USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb – Hikmət Hacıyev

Siyasət Materials 26 İyul 2025 14:04 (UTC +04:00)
USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb – Hikmət Hacıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya mətbuatı da daxil olmaqla Avropanın bir sıra əsas kütləvi informasiya vasitələri Azərbaycan əleyhinə məqsədyönlü təbliğat aparır. Tramp Administrasiyası aşkarlayıb ki, USAID əvvəlki administrasiya ilə birlikdə xeyli gizli əməliyyatlar həyata keçirib.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində deyib.

Prezidentinin köməkçisi bildirib ki, USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb.

“Onlar regiondakı bir sıra kütləvi informasiya vasitələrini maliyyələşdirərək Azərbaycandakı hadisələri neqativ yöndən işıqlandırmağı tapşırırdılar. İndi əksinə, Azərbaycanla bağlı daha az neqativ məqalələr dərc edilir. Çünki artıq USAID-in keçmiş rəhbəri Samanta Pauer kimi insanlar yoxdur”, - deyə Hikmət Hacıyev fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti