Bakı. Trend:
Rəsmi Vilnüs Ukrayna ordusunun Amerikanın “Patriot” zenit-raket kompleksləri ilə tədarükü üçün 30 milyon avro vəsait ayıracaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Baltikyanı ölkələrin müdafiə nazirllərinin Pentaqon rəhbəri Pitq Heqsetlə görüşünün nəticələrinə əsasən məlumat yayıb.
“Litva öz mövqeyini bildirib. ABŞ-də istehsal olunan silahların, xüsusilə də Patriot sistemlərinin alınmasına qoşulacağını və bu məqsədlə təxminən 30 milyon avro ayıracağını bəyan edib”, – KİV-lər Litva müdafiə nazirinin Dovile Şakalenenin sözlərindən sitat gətirib.
“Biz strateji bir mesaj veririk: ABŞ prezidenti Donald Trampın bu qərarını tam dəstəklədiyimizi göstəririk”, - Şakalene qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynaya silah və hərbi texnika verməyə davam edəcək, lakin bu tədarüklərin maliyyələşdirilməsi Avropa tərəfindən həyata keçirilməlidir.