...

Tailand–Kamboca sərhəd münaqişəsi nəticəsində 30 minə yaxın kambocalı evlərini tərk edib

Dünya xəbərləri Materials 27 İyul 2025 03:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kambocanın Tailandla sərhəddə yerləşən Oddar Meançey əyalətində sərhəd münaqişəsinin kəskinləşməsi səbəbilə 30 minə yaxın insan öz evlərini tərk edib.

Trend “Khmer Times” qəzetinə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının açıqlamasına görə, məcburi köçkünlərin sayı artıq 8 000 ailəni ötüb.

“Demək olar ki, 30 000 nəfər evsiz qalıb. Bu rəqəm əvvəlki günlə müqayisədə xeyli artıb və vəziyyətin humanitar baxımdan getdikcə daha da pisləşdiyini göstərir”, – deyə məlumatda qeyd olunub.

BMT Baş katibinin mətbuat katibinin müavini Stefani Trembley daha əvvəl bildirmişdi ki, münaqişə nəticəsində Tailandda 131 mindən çox, Kambocada isə 4 mindən çox insan evlərini tərk edib.

Qeyd edək ki, Tailand və Kamboca arasında sərhəd gərginliyi iyulun 24-də səhər saatlarında silahlı toqquşmalara keçib. Sərhəd zonasında baş verən atışmalardan sonra tərəflər bir-birini artilleriya atəşinə tutub.

Cümə günü ağır artilleriya, döyüş təyyarələri və tankların iştirakı ilə hərbi əməliyyatlar davam etdirilsə də, şənbə günü axşam saatlarında şiddətli yağış səbəbilə döyüşlərin müvəqqəti dayandırıldığı bildirilib.

ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı hər iki ölkənin baş nazirləri ilə telefon danışığı aparıb və sosial şəbəkədə yazaraq, Kamboca və Tailandın atəşkəsin tezliklə əldə olunmasında maraqlı olduqlarını bəyan edib.

Xəbər lenti

Xəbər lenti