Bakı. Trend:
Ağdamda Pikap markalı minik maşını ilə SHACMAN markalı yük maşınının toqquşması zamanı xəsarət alan şəxslərin kimliyi açıqlanıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, xəsarət alanlar 1981 ci il təvəllüdlü Tağıyev Niyaməddin Tofiq oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Emin Qismət oğlu, 1975-ci il təvəllüdlü Əsgərov Vaqif Nürəddin oğlu, 1976-cı il təvəllüdlü şükürov Yaşar Vəliyəddin oğlu, 1981-ci il təvəllüdlü Quliyev Cəmaləddin Kərim oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır