Bakı. Trend:
Avstraliyanın Makkuari adasının sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Yeni Zelandiyanın təxminən 144 000 nəfər əhalisi olan Dunedin şəhərindən 1578 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.