Bakı. Trend:
İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 28 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Latsio regionunda 7 yeni yoluxma faktı qeydə alınıb. Onlardan 2-si paytaxt Roma yaxınlığında, Anzio və Nettuno bölgələrindədir.
İtaliyada ilin əvvəlindən virusa 32 yoluxma faktı qeydə alınıb. 2024-cü ildə isə 460 yoluxma faktı və 20 ölüm olub.