Bakı. Trend:
İyulun 27-də Bakı vaxtı ilə saat 20:00-da Mütləq Döyüş Çempionatının (UFC) növbəti döyüş gecəsinə start verilib.
Trend-in məlumatına görə, "UFC 318" turnirinin əsas kart döyüşləri saat 22:00-dan etibarən başlayıb.
Gecənin əsas qarşılaşmasında orta çəki dərəcəsində avstraliyalı Robert Vitteyker və niderlandlı Reyner de Ridder (RDR) üz-üzə gəlib. Gərgin keçən döyüşdən qalib kimi ayrılan Reyner de Ridder olub.
Digər maraqla gözlənilən döyüşdə isə rusiyalı Petr Yan amerikalı Markus Makciyə qalib gələrək azarkeşlərini sevindirib.
Əsas kartın digər qarşılaşmalarında Şarabutdin Maqomedov kanadalı Mark-Andre Barriault üzərində qələbə qazanıb. Gecənin ilkin tədbirində baş tutan İbo Aslan – Billi Elekana döyüşündə isə ABŞ təmsilçisi üstün olub.