...

Bakı Olimpiya Stadionundakı konsertlə bağlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Cəmiyyət Materials 27 İyul 2025 13:54 (UTC +04:00)
Bakı Olimpiya Stadionundakı konsertlə bağlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Bakı. Trend:

Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə bağlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Konsert proqramı ilə əlaqədar Heydər Əliyev prospekti və Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən stadion istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti