...

Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb (VİDEO)

Hadisə Materials 27 İyul 2025 11:15 (UTC +04:00)
Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb (VİDEO)

Bakı. Trend:

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti