Bakı. Trend:
ABŞ-də sərnişin təyyarəsində yanğın baş verib.
Trend xəbər verir ki, ABŞ-nin Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında "American Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsinin göyərtəsində yanğın baş verib.
Mayami istiqamətində hərəkət edən təyyarədə qəfildən şassi hissəsi alışıb.
Göyərtədə altı ekipaj üzvü və 173 sərnişin olub.
Bütün sərnişinlər təcili şəkildə təyyarədən təxliyə ediliblər.