Bakı. Trend:
Xəzər dənizi ərazisində zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, 3,2 bal gücündə zəlzələ yerli vaxtla saat 05:46-da baş verib. Yeraltı təkanlar Gəncə seysmik stansiyasından 68 km şimalda, Samux rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, zəlzələ hiss olunmayıb, dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.