...

“Qalatasaray” Harvi Elliottun transferinə yaxındır

İdman Materials 27 İyul 2025 06:53 (UTC +04:00)
“Qalatasaray” Harvi Elliottun transferinə yaxındır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun “Qalatasaray” klubu İngiltərənin “Liverpul” komandasında çıxış edən yarımmüdafiəçi Harvi Elliottu heyətinə qatmağa yaxındır.

Trend-in məlumatına görə, “sarı-qırmızılar” 22 yaşlı futbolçunu icarə əsasında transfer etməyi planlaşdırır.

Artıq Harvi Elliott İstanbula dəvət olunub, onun meneceri ilə danışıqların yekun mərhələdə olduğu bildirilir.

Qeyd edək ki, Harvi Elliott 2019-cu ilin yayında “Liverpul”a transfer olunub. O, 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasında 28 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc və perspektivli futbolçunun “Qalatasaray”ın oyun sisteminə dinamizm qatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti