...

Serbiyada 100-dən çox meşə yanğını aktivdir

Dünya xəbərləri Materials 27 İyul 2025 08:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Serbiya ərazisində açıq sahələrdə 100-dən çox meşə yanğını aktiv olaraq davam edir.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Ən çox təhlükə altında olan bölgələr Niş, Vranye, Kraquyevaç, Priyepolye, Mali Zvornik, Uyiçe və Kruşevaç şəhərləri yaxınlığında yerləşir. Yanğınların söndürülməsi üçün ölkənin müxtəlif bölgələrindən 500-dən çox yanğınsöndürən və xilasedici, həmçinin 150-yə yaxın müxtəlif təyinatlı texnika səfərbər olunub.

Hazırda 230-dan çox tikili yanğından qorunmaq məqsədilə mühafizə altına alınıb.

Bundan əlavə, Monteneqro ərazisində baş verən yanğının Serbiyaya keçmə riski də mövcuddur. Xüsusilə Monteneqronun sərhədində yerləşən Kamena Qoraya doğru irəliləyən alov səbəbindən Serbiyanın Priyepolye bələdiyyəsi ərazisində fövqəladə vəziyyət elan edilib.

Xəbər lenti

Xəbər lenti