...

Bahadur Həziyev yenidən "Səbail"də oynayacaq

İdman Materials 27 İyul 2025 09:33 (UTC +04:00)
Bahadur Həziyev yenidən "Səbail"də oynayacaq

Bakı. Trend:

2025/2026-cı il mövsümündə 1-ci Liqada yarışacaq “Səbail” növbəti futbolçu ilə anlaşıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü “İmişli”də keçirmiş Bahadur Həziyevlə 1+1 illik müqavilə imzalanıb. Bu, 29 yaşlı yarımmüdafiəçinin paytaxt təmsilçisinə üçüncü keçidi olub.

Qeyd edək ki, Bahadur 2019/2020-ci və 2020/2021-ci illər mövsümlərində, həmçinin 2023/2024-cü illər mövsümündə "Səbail"də çıxış edib.

Xəbər lenti

Xəbər lenti