...

Rumıniyada 40°C-dən yuxarı istilər gözlənilir

Dünya xəbərləri Materials 27 İyul 2025 08:56 (UTC +04:00)
Rumıniyada 40°C-dən yuxarı istilər gözlənilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyada şənbə və bazar günləri hava şəraitinin daha da isti keçəcəyi gözlənilir.

Trend-in “Digi24”ə istinadən verdiyi məlumata görə, ölkənin meteorologiya idarəsi iyulun 26-dan etibarən cənub bölgələri üçün “qırmızı” səviyyədə isti hava dalğası ilə bağlı xəbərdarlıq yayıb. Qeyd olunur ki, bəzi ərazilərdə temperatur gündüz saatlarında 43°C-yə çatacaq və 45-46°C kimi hiss oluna bilər.

Paytaxt Buxarestdə də 42°C-yə qədər istilik proqnozlaşdırılır. Gecələr isə havanın temperaturu 25-22°C-dən aşağı düşməyəcək.

Ən isti gün şənbə olacaq. Lakin yüksək temperatur şəraiti bazar və bazar ertəsi də bir çox bölgələrdə davam edəcək.

İsti hava dalğasının ardınca ölkənin əksər ərazilərində leysan yağışlar, tufan və dolu müşahidə olunacağı gözlənilir. Meteoroloqlar əhalini diqqətli olmağa və rəsmi qurumların xəbərdarlıqlarına əməl etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti