...

Bilgəhdə dənizdə bir nəfər batdı

Hadisə Materials 27 İyul 2025 19:42 (UTC +04:00)
Bilgəhdə dənizdə bir nəfər batdı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 0.8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti