...

"Qalatasaray"ın yarımmüdafiəçisi İtaliya klubunun transfer siyahısına düşüb

İdman Materials 27 İyul 2025 17:21 (UTC +04:00)
"Qalatasaray"ın yarımmüdafiəçisi İtaliya klubunun transfer siyahısına düşüb

Bakı. Trend:

"Qalatasaray"ın yarımmüdafiəçisi Yunus Akgün bu dəfə İtaliyanın başqa klubunun transfer siyahısına düşüb.

Trend xəbər verir ki, “Napoli” 25 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Neapol təmsilçisinin rəhbərliyi Akgün üçün “Qalatasaray” rəsmiləri ilə danışıqlara başlayıb. Ancaq Türkiyə çempionunun Yunusu buraxmaq fikrində olmadığı iddia edilir.

“Qalatasaray”ın yetirməsi olan türk futbolçu icarə əsasında “Adana Demirspor” və “Lester”də çıxış edib. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər lenti

Xəbər lenti