Füzuli. Trend:
Füzulidə yol nəqliyyat hadisəsi zamanı 66 yaşlı qadın xəsarət alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, rayonun Mirzəcamallı kəndi ərazisində hərəkətdə olan "Hunday" markalı 77 GE 219 dövlət nömrə nişanlı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişin Muradova Sahilə Əvəz qızı müxtəlif dərəcəli xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.