...

Türkiyədə kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəlik əraziyə keçib

Turizm Materials 27 İyul 2025 21:21 (UTC +04:00)
Türkiyədə kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəlik əraziyə keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Aydın vilayətində kənd təsərrüfatı təyinatlı ərazidə baş verən yanğın meşəyə keçərək genişlənib.

Trend xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində intensiv işlər aparılır.

Əraziyə 360 nəfərlik şəxsi heyətlə yanaşı, 119 nəqliyyat vasitəsi, o cümlədən 8 helikopter və 6 təyyarə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti