...

Ərdoğan və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 27 İyul 2025 19:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Trend xəbər verir ki, həmsöhbətlər əsas diqqəti Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyətə yönəldiblər.

Prezident Ərdoğan Fələstin-İsrail münaqişəsinə ən qısa zamanda son qoymağın əhəmiyyətini vurğulayaraq, “iki dövlət” prinsipini bu regionda davamlı sülhün əsası adlandırıb.

Türkiyə lideri rəsmi Parisin Fələstin dövlətinin tezliklə tanınması barəqə qərarını alqışlayıb.

Xəbər lenti

Xəbər lenti