...

Ötən həftə 1 354 hektar ərazi minalardan təmizlənib

Gündəm Materials 28 İyul 2025 12:55 (UTC +04:00)
Ötən həftə 1 354 hektar ərazi minalardan təmizlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 - 27.07.2025) açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 46 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 1 097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

1 354,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti