...

Tailandda Kamboca ilə silahlı münaqişə qurbanlarının sayı 22-ə çatıb

Dünya xəbərləri Materials 28 İyul 2025 12:26 (UTC +04:00)
Tailandda Kamboca ilə silahlı münaqişə qurbanlarının sayı 22-ə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandda Kamboca ilə sərhəd bölgələrində baş verən silahlı toqquşmalar nəticəsində ən azı 14 dinc sakin və 8 hərbçi həlak olub, daha 140 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Tailand hökumətinin bəyanatında bildirilir.

Bəyanata əsasən, hərbçilər arasında 103 nəfərin yaralandığı qeydə alınıb. Sərhəd ərazilərindən təxliyə olunan yerli sakinlərin sayı 139,6 min nəfəri keçib. Ən çox insan Sisaket, Surin və Ubonraçatxani əyalətlərini tərk edib.

Xatırladaq ki, silahlı toqquşmalar 24 iyul Kamboca-Tailand sərhədi boyunca, mübahisəli sərhəd zonası yaxınlığında yerləşən Oddar-Miençey vilayətində başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti