...

"Mançester Siti" Fərid Alfa-Ruprexti "Bayer Leverkuzen"ə satıb

İdman Materials 28 İyul 2025 04:39 (UTC +04:00)
"Mançester Siti" Fərid Alfa-Ruprexti "Bayer Leverkuzen"ə satıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Mançester Siti" klubu 19 yaşlı cinah müdafiəçisi Fərid Alfa-Ruprextin transferini reallaşdırıb.

Trend xəbər verir ki, Almaniyanın gənclərdən ibarət yığmasında çıxış edən Alfa-Ruprext bundan sonra Bundesliqanın "Bayer Leverkuzen" klubunun heyətində çıxış edəcək.

Gənc futbolçu daha əvvəl "Mançester Siti"nin 21 yaşadək futbolçulardan ibarət komandasında oynayıb. Onun transferi bir milyon avrodan bir qədər artıq məbləğə başa gəlib. Müqaviləyə ciddi bonuslar da daxil edilib.

Bundan əlavə, “Siti” futbolçunun gələcək satışından 40 faiz pay əldə etmək hüququnu özündə saxlayıb.

Fərid Alfa-Ruprext "Bayer Leverkuzen"lə 30 iyun 2030-cu il tarixinədək müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti