Bakı. Trend:
Fransada təşkil olunan "Trophee Dole - Pasino Grand Aix 2025" beynəlxalq şahmat turniri başa çatıb.
Trend xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Süleymanlı "Masters" kateqoriyasında çıxış edərək turniri 6,5 xalla tamamlayıb və yekun sıralamada 13-cü pillədə qərarlaşıb.
Turnirin qalibi isə 7,5 xal toplayan 17 yaşlı polşalı şahmatçı Yan Malek olub.