Bakı. Trend:
Somalidə "Əl-Qaidə" terror şəbəkəsi ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşmasının silahlı ekstremistləri ölkənin mərkəzində yerləşən Mahas şəhərini ələ keçiriblər.
Trend xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Qeyd olunur ki, Mahas şəhəri Somali hökumətinin üsyançı qüvvələrə qarşı mübarizəsində mühüm strateji forpostlardan biri olub. Şəhər son on ildən artıq müddətdə paytaxt Moqadişonun nəzarətində olub və "Əş-Şəbab" qruplaşmasına qarşı hərbi əməliyyatların əsas bazalarından biri kimi fəaliyyət göstərib.
Şəhərin ələ keçirilməsi hökumət qüvvələrinin bölgədəki mövqelərinə ciddi zərbə vurub. Hazırda ərazidə vəziyyətin gərgin olduğu bildirilir.