Bakı. Trend:
Avstraliyalı "McLaren" pilotu Oskar Piastri "Formula-1" üzrə 2025-ci il dünya çempionatının 13-cü mərhələsi olan Belçika Qran-prisində qələbə qazanıb.
Trend xəbər verir ki, yarış Spa-Frankorşam trasında keçirilib.
Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris ikinci yeri tutub. "Ferrari" komandasından Şarl Lekler isə üçüncü yeri əldə edib.
Qeyd edək ki, dünya çempionatının növbəti – 14-cü mərhələsi avqustun 1-dən 3-dək Macarıstanda keçiriləcək.