...

Almaniyada sərnişin qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 27 İyul 2025 22:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq əyalətinin Biberax bölgəsində sərnişin qatarı relsdən çıxıb.

Trend xəbər verir ki, bu barədə Bild qəzeti Ştutqart polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Məlumata görə, qatarın bir hissəsi yan üstə aşıb, bir vaqonun damı ciddi zədələnib. Bir neçə vaqon tamamilə relsdən çıxaraq meşəlik ərazidəki bənd üzərində dayanıb. Hadisə yerinə polis və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, xilasedicilər vaqonlara baxış keçirirlər.

Bild qəzeti yazır ki, Roytlinqendəki idarəetmə mərkəzi hadisəni "kütləvi insident" kimi qiymətləndirib. Bu isə çoxlu sayda yaralının tibbi yardıma ehtiyac duya biləcəyi ehtimalını göstərir.

Xəbər lenti

Xəbər lenti