...

Rusiyada turist avtobusu qəzaya uğrayıb

Dünya xəbərləri Materials 28 İyul 2025 01:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Başqırdıstan respublikasında turist avtobusunun qəzaya uğraması nəticəsində 20-dən çox insan xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Başqırdıstanın səhiyyə naziri Ayrat Raxmatullin məlumat verib.

Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin açıqlamasına görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Qeyd olunub ki, avtobusda 43 sərnişin – o cümlədən 7 uşaq olub. Onlar Udmurtiyanın İjevsk şəhərindən gələn turistlərdir.

Hadisə yerinə tibbi yardım və xilasedici qruplar cəlb olunub. Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti