Bakı. Trend:
Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonu ərazisində zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Bildirilib ki, yerli vaxtla saat 21:35-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,0 olub. Zəlzələnin ocağı 31 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.