...

Qadınlar arasında Avropa çempionatının qalibi İngiltərə yığması olub

İdman Materials 28 İyul 2025 00:02 (UTC +04:00)
Qadınlar arasında Avropa çempionatının qalibi İngiltərə yığması olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə qadınlar arasında Avropa çempionatının final görüşündə İngiltərə və İspaniya yığmaları üz-üzə gəlib.

Trend xəbər verir ki, İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyən etmək üçün keçirilən penaltilər seriyasında İngiltərə millisi 3:1 hesabı ilə üstünlük qazanaraq Avropa çempionu olub.

Beləliklə, İngiltərə qadınlardan ibarət milli komandası tarixində ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Komanda ilk dəfə bu uğura 2022-ci ildə nail olmuşdu.

Xəbər lenti

Xəbər lenti