Bakı. Trend:
ABŞ Avropa İttifaqı (Aİ) ilə yeni ticarət sazişi imzalayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdən sonra açıqlama verib.
Trampın sözlərinə görə, razılaşmaya əsasən, Aİ ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları almağa və ABŞ iqtisadiyyatına əlavə olaraq 600 milyard dollar investisiya yatırmağa razılıq verib.
Yeni saziş Aİ-yə 30%-lik gömrük rüsumlarından yayınmaq imkanı yaradacaq. Razılaşmaya əsasən, ABŞ Aİ-dən idxal olunan mallara, o cümlədən avtomobillərə 15% gömrük rüsumu tətbiq edəcək, Brüssel isə öz bazarlarını ABŞ məhsullarına sıfır tariflərlə açacaq.