...

Aİ ölkələri ABŞ-dən yüz milyardlarla dollar dəyərində silah almağa razılaşıb – Donald Tramp

Dünya xəbərləri Materials 27 İyul 2025 23:20 (UTC +04:00)
Aİ ölkələri ABŞ-dən yüz milyardlarla dollar dəyərində silah almağa razılaşıb – Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri yaxın gələcəkdə ABŞ-dən yüz milyardlarla dollar dəyərində silah almağa razılıq verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşündən sonra açıqlama verib.

"Onlar böyük miqdarda hərbi texnika almağa razılaşıblar. Söhbət nə qədər puldan getdiyini bilmirik, lakin bu, yaxşı xəbərdir, çünki biz dünyanın ən yaxşı hərbi texnikasını istehsal edirik", – Tramp bildirib.

O əlavə edib ki, Avropa ölkələri yüz milyardlarla dollar dəyərində hərbi texnika almağa hazırlaşır və bu, ABŞ müdafiə sənayesi üçün önəmli perspektivlər açır.

Xəbər lenti

Xəbər lenti