Bakı. Trend:
Rusiya ilə Şimali Koreya arasında dəniz nəqliyyat əlaqəsinin bərpası məsələsi gündəmdədir.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya tərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edən Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov bildirib.
“Biz ölkələrimiz arasında istənilən əlaqə formalarını nəzərdən keçiririk”, – deyə o vurğulayıb.
Qeyd olunur ki, Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana ilk birbaşa reys bazar günü Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Şeremetyevo hava limanından yola düşəcək.