...

Çin "SatNet" peyk interneti üçün aşağıorbitli peyklər qrupunu orbitə buraxıb

Dünya xəbərləri Materials 27 İyul 2025 23:41 (UTC +04:00)
Çin "SatNet" peyk interneti üçün aşağıorbitli peyklər qrupunu orbitə buraxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin "SatNet" layihəsi çərçivəsində aşağıorbitli peyklər qrupunu uğurla orbitə çıxarıb.

Trend xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, buraxılış Pekin vaxtı ilə saat 18:03-də (Bakı vaxtı ilə 14:03) Şansi əyalətinin şimalında yerləşən Tayyuan kosmodromundan həyata keçirilib. Buraxılışda CZ-6A (“Çançjen-6-ei”) tipli daşıyıcı raketdən istifadə olunub. Bu, “Çandjon” seriyalı raketlərin 585-ci buraxılışıdır.

Qeyd olunur ki, modifikasiya edilmiş iki mərhələli CZ-6A raketi 50 metr uzunluğa malikdir və ekoloji cəhətdən təmiz yanacaq – kerosin və maye oksigen qarışığı ilə işləyir. Raket dörd bərk yanacaq gücləndiricisi ilə təchiz olunub və günəşlə sinxron orbitə (500 km hündürlükdə) təxminən 6,5 ton faydalı yük çıxarmaq imkanına malikdir.

Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası ilə birgə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti