Bakı. Trend:
Polşada dəmir yolu işçiləri iyulun 28-dən etibarən ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarına başlayacaqlar.
Trend xəbər verir ki, bu barədə məlumatı “RMF FM” radiosu yayıb.
Həmkarlar ittifaqlarının açıqlamasına görə, hökumətin nəqliyyat siyasəti dəyişdirilməzsə, dəmir yolu sektorunda iflic vəziyyəti və kütləvi ixtisarlar qaçılmaz olacaq.
Etirazçıların əsas narazılıq səbəbləri arasında dəmir yollarına dövlət dəstəyinin olmaması, infrastrukturdan istifadə üçün yüksək tariflər və Avropa İttifaqında ən bahalı lokomotiv enerjisinin Polşada tətbiq olunması yer alır.
Həmkarlar ittifaqları bildirir ki, bu problemlərin davam etməsi nəqliyyat sektorunun iflasına və minlərlə iş yerinin itirilməsinə səbəb ola bilər.